Türkiyədən sürətli çatdırılma xidməti həyata keçirən Azex şirkəti kassada müştərini 16 saniyəyə yola salıb.
Cari ilin əvvəlindən şirkətə rəhbərlik edən Rasim Dəmirli FED.az saytına bildirib ki, Azex şirkəti 2021-ci ildə tamamilə yenilənmişdir. Xidmət səviyyəsini artırmaq məqsədilə daxili strukturda köklü dəyişikliklər edilmiş, kadr islahatları aparılmış, anbar sistemi optimallaşdırılmış, mərkəzi sistem təkmilləşdirilmişdir.
Bu ildən yenilənən Azex şirkətinin ən böyük missiyası müştərilərə sürətli xidmət göstərməkdir. Belə ki, İstər Türkiyədən çatdırılma, istərsə də kassada müştərinin gözləmə müddətini minimuma endirməkdir. Türkiyədən sifarişləri 5 iş günü ərzində çatdırmağı hədəfləyən Azex şirkəti müştərilərin kassada gözləmə müddətini 4-6 dəqiqəyə endirməyi planlayır.
Eləcə də şirkət tərəfindən malların gömrük rəsmiləşdirilməsi işi düzgün təşkil edilmiş və malların gömrükdən çıxarılması müddəti 3-4 gündən 24 saata endirilmişdir.
"Arzu etdiyiniz nə varsa Türkiyədən sifariş edin, Azex arzularınızı çatdırsın"
www.azex.az