Azərbaycanda qida sektorunda fəaliyyət göstərən “Delta Qrup C.O.” MMC-yə yaxın şirkət ləğv olunur.
Eləcə də bax: Azərbaycanda son bir ayda 41 şirkət - LƏĞV OLUNUB - SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı şirkətin verdiyi elanda deyilir.
“Delta Food Industry Supplies” MMC ləğv olunaraq, “Delta Qrup C.O”-ya qoşulub.
“Delta Qrup C.O.” MMC 1999-cu ildə təsis edilib. Şirkət “Anchor”, “Doyarushka”, “Ammerlander”, “Gut von Holstein”, “Tibet” kimi brendlərin Azərbaycanda rəsmi distributorudur.