Britaniyanın «PC Specialist» şirkətinin reklamı qadağan edilib.
FED.az xəbər verir ki, buna səbəb reklam rolikində bir dəfə də olsa qadının görünməməsidir. «Independent» qəzeti yazır ki, reklam ekranlara çıxdıqdan sonra 8 tamaşaçı rolikdən şikayət edərək rolik də bir dəfə də olsa qadının görünmədiyini bildiriblər.
Eləcə də bax: Azərbaycanın reklam bazarı açıqlandı – TV, RADİO, İNTERNET - MƏBLƏĞLƏR
Rollikdə bir neçə kişi musiqi yazır, proqram yazır və video oyun oynayırlar. Tamaşaçılar isə bildirib ki, bu gender ayrı-seçkiliyidir.
Nəticədə reklama nəzarət idarəsi rolikin yayımını qadağan edib və «PC Specialist» şirkətinə isə işçilərinə bu barədə treninq keçirmək tapşırılıb.