ki gündən sonra – sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələcək. Bu cavab səfəri Bakıda Rusiya-Azərbaycan Regionlararası forumun keçirildiyi günlərə təsadüf edəcək və iki dövlətin çoxşaxəli əməkdaşlığının təzahürü olacaq.
FED.az rusiyalı jurnalist Andrey Şapoşnikov “Moskva-Baku.ru” portalı üçün hazırladığı süjetəistinadən bildirir ki, hazırda Rusiya ilə Azərbaycanın münasibətləri ən yüksək nöqtəsinə çatıb. Azərbaycan Rusiyanın regionda iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrilib. İki ölkənin biznesi müxtəlif sahələrdə sıx əlaqədədir, ölkələr logistika layihələrini fəal şəkildə inkişaf etdirirlər ki, bunların arasında Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. İndi isə Xəzərdə əməkdaşlıq iqtisadi əlaqələrin fəallaşması üçün əsas istiqamətlərdən biridir. Bakıya Putinlə birlikdə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də gəlir və özü ilə Rusiya biznesini gətirir. Azərbaycanda artıq “KamAZ”, “QAZ”, “LUKoil” və başqa nəhəng şirkətlər fəaliyyət göstərir.
Son illər ərzində Azərbaycan Rusiya silahlarına üstünlük verməklə ölkənin vacib hərbi tərəfdaşına çevrilib. Bu günlərdə Bakıda keçirilən və paytaxt şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradda bütün dünya Rusiya hərbi texnikasını izləmək imkanı əldə etdi. Putinin Azərbaycana səfəri günlərində Bakıda müdafiə sənayesinə həsr olunmuş ADEX-2018 sərgisi keçiriləcək. Burada da Rusiyada istehsal edilən ən müasir silahlar nümayiş etdiriləcək.
.Əliyevlə Putinin danışıqlarında əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olacaq. Bu yaxınlarda Putin Ermənistanın yeni baş naziri Nikol Paşinyanla görüşüb. Yəqin ki. həmin görüşdə də bu mövzu müzakirə edilib. Ermənistanın baş nazirinin hərəkətlərini proqnozlaşdırmaq çətindir. Sözdə o. Rusiya ilə müttəfiq olduğunu desə də, bir gözü Qərbdədir. Ermənistanla bu anlaşılmazlıq fonunda Rusiya Azərbaycanla yaxınlaşır. Soçidə Putin düz bir saat İlham Əliyevlə protokoldan kənar söhbət edib. Bir çox ekspertlərin fikrincə, Putin həmin görüşdə Əliyevə əhəmiyyətli təklif edib. Söhbət Azərbaycanın KTMT və Şanxay Əməkdaşlıq Təşkilatı kimi strukturlara mümkün üzvlüyündən gedə bilər.