Günəşli havalar baharı xatırlatsa da artıq markaların veb-saytlarından ən son payız-qış kolleksiyalarını sifariş edə bilərsiniz. Onlayn alış-verişi seçənlər yəqin ki, bizi rəngli payızın gözlədiyini hiss etmisiniz.
FED.az məlumat verir ki, payızın trend rəngləri: qırmızı, yaşılın və qəhvəyinin bütün tonları, xardal sarısı, tünd bordo və çəhrayıdır.
Eləcə də bax: Həm dəbli görünün,həm keyfiyyətli geyinin
Qırmızı rəngi sevirsinizsə çəkinmədən gündəlik geyimlərinizə daxil edin. Çünki qırmızı bu il əsas rəngdir. Yəni toya, party və romantik axşam yeməyinə gedərkən seçidiyiniz qırmızını rahatlıqla ofis geyimlərinizdə də istifadə edə bilərsiniz.
Bu sezon yaşılın bütün tonlarının liderliyi hiss olunur. Don, ətək və kostyumlarda daha çox yaşıl rəngə müraciət olunub.
Açıq çəhrayı baharın ruhuna uyğun olsa da 2019 payız-qış kolleksiyalarında göz oxşamağı bacardı.
Yox, əgər siz tünd rəngləri sevirsinizsə seçiminizi qəhvəyinin tonlarından və bordodan yana edin.
Xardal sarısı bu sezon siviterlərin vazkeçilməz rəngidir.
Cəsarətli xanımlar, bilin ki, neon rənglərin də trendlər arasında xüsusi yeri var.
Qeyd edək ki, bu sezon "total black" və "total white" geyinməklə də dəbli olacaqsınız.
Sezonun trend rəngləri ilə yanaşı əhvalınıza Azex (www.azex.az) çatdırılıma şirkəti olaraq bizim təklifimiz də müsbət təsir edəcək. Geniş çeşid arasından seçim etməyi sevənlər sizin üçün dəb və yüksək keyfiyyət önəmlidirsə alış-verişinizi Türkiyədən onlayn edin, bir linklə sizin olsun.