“NYU Sfera-İnşaat” MMC ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1119 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev məhəllə 2382, mənzil 22 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “NYU Sfera-İnşaat” MMC 27.05.2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Araz Niqamət oğlu Heydərovdur.
Nyu Sfera Şirkətlər Qrupu Azərbaycanın biznes sahəsində 1992 ci ildən fəaliyyət göstərir.Şirkətlər qrupu təmir-tikinti, xidmət, turizm, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. 2006-cı ildə Nyu Sfera Turizm, Nyu Sfera Nəqliyyat, Nyu Sfera İnşaat, Nyu Sfera Ticarət MMC-lər birləşdirilərək Nyu Sfera Şirkətlər Qrupu təsis edilib.
Rəhbəri isə Quliyev İman Nəsurulla oğludur.