“Nijeqorodskiy ximiko-farmasevtiçeskiy zavod” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (qısaldılmış adı “Nijfarm” SC ARN), cəmiyyətin yeganə təsisiçisi olan “NİDDA LİNKS S.A.R.L.” şirkətinin 17 iyul 2024-cü il tarixli qərarı ilə ləğv edilir.
FED.az xəbər verir ki, bu, nümayəndəliyin bildirişində deyilir.
Qeyd edilib ki, kreditorlar ləğv edilən hüquqi şəxsə qarşı tələbləri ilə əlaqədar 60 gün ərzində AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 49C nömrəli ünvanda, 11-ci mərtəbəyə müraciət edə bilərlər.