Pandemiya ilə əlaqədar yaranan yeni dövrdə çöldə yemək-içmək vərdişləri də dəyişir.
Eləcə də bax: “Restoranlarda kabinetlərin istifadəsinə də - İcazə Verilməlidir”
FED.az xəbər verir ki, beynəlxalq məsləhət şirkəti McKinsey-in araşdırmasına görə, restoranda oturub yemək yeməkdən narahat olanaların nisbəti 80%-i keçir. Fast-food restoranlarında bu nisbət 54% səviyyəsindədir. McKinsey-in analizi, restoranların yeni iqtisadi modelə keçməsi lazım olduğuna işarə edir.
McKinsey-in apardığı araşdırmada restoran sektoru 3 kateqoriyaya ayrılıb. Oturub yemək yeyilən restoranların, müştərilər baxımından narahatlığın ən çox olduğu yerlər olduğu müəyyən edilib. Bu restoranlar ilə bağlı yüksək narahatlıq nisbəti 42%, orta narahatlıq 41% və az narahatlıq da 17% olub.
Sürətli xidmət göstərən restoranlar üzrə isə yüksək narahatlıq nisbəti 42%, orta narahatlıq 40% və az narahatlıq 18% səviyyəsində reallaşıb.
Üçüncü kateqoriya və insan təmasının ən az olduğu fast-food restoranları ilə bağlı da narahatlıq olduğu ortaya çıxıb. Burada yüksək narahatlıq 16%, orta narahatlıq 38% və az narahatlıq 46% olub.
Araşdırmada, "Apardığımız son sorğunun göstərdiyi kimi, bağlı məkanda yemək yeməyə icazə verilən yerlərdə istehlakçılar təmkinli davranmağa davam edirlər",- bildirilir.
Araşdırmada qeyd edilib ki, restoranlar yeni bir iqtisadi model yartmalıdırlar. Belə ki, restoranlar personaldan, yeməyin istiliyindən paket xidmətə qədər yeniləməlidirlər. (Marja)