Maliyyə Nazirliyi Kiçik və Orta Sahibkarlıq subyektlərində çalışan mühasibləri ödənişsiz təlimə dəvət edir
Nazirlikdən FED.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının KOS subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” tədbiri üzrə əsas icraçı qurum olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "KOS subyektlərində mühasibat uçotunun aparılması" mövzusunda təlimlərə başlayır.
Təlimlər ödənişsiz olaraq, hər qrup üzrə 8-10 həftə ərzində keçiriləcək.
Qeydiyyat üçün tələb olunan sənədlər:
1. Şəxsiyyət vəsiqəsi (surəti və ya skan olunmuş);
2. Namizəd haqqında məlumat (CV);
3. İş yeri haqqında arayış (yazılı, skan olunmuş və ya elektron hökumət portalından arayış).
Tələb olunan sənədləri 01.07.2018-ci il tarixinə qədər [email protected] ünvanına göndərə və ya Maliyyə Elm-Tədris Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti 10) təqdim edə bilərsiniz.
Əlavə məlumat üçün tel: 012 4048159; 012 5668477.
Mühasiblər üçün pulsuz təlim – QEYDİYYAT BAŞLAYIB
18:36
5 İyun 2018