Məhşur geyim və moda brendi “Christian Dior Coutura Azərbaycan" MMC ləğv olunur.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu filial 2013-cü ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin 4 milyon 350 min avro nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Vincent Simon Pierre Bernarddır.