Ötən ilin ilk rübündə 470,7 milyon TL (türk lirəsi) zərər açıqlayan Türkiyə şirkəti "Ülker", 2023-cü ilin ilk rübündə 895,6 milyon TL xalis mənfəət əldə edib.
“Sun Food” şirkətinin nizamnamə kapitalı 44 milyon manat azaldıldı
FED.az xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan analitiklərin gözləntisi birinci rübdə xalis mənfəətin 454 milyon lirə olacağı idi.
İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) göndərilən açıqlamaya görə, "Ülker Bisküvi"nin bu ilin ilk rübündə dövriyyəsi 10,1 milyard TL-yə (880 milyon manat) çatıb. Şirkətin Türkiyə əməliyyatlarının dövriyyədə payı 66 faiz, ixrac və beynəlxalq əməliyyatların dövriyyədə payı isə 34 faiz təşkil edib.
Şirkətin ilk rübdə xalis mənfəəti 895,6 milyon TL (78 milyon manat) olub. Ötən ilin ilk rübündə şirkət 470,7 milyon TL (41 milyon manat) zərər açıqlamışdı.
Qeyd edək ki, "Ülker" şirkətinin məhsulları da Azərbaycan bazarında satılır. (Marja)