06.11.2025-ci il tarixdə saat 12:00 da "ACA-Mebel” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq “ZOOM” elektron platforması vasitəsilə (link: https://us05web.zoom.us/j/84774681339?pwd=FaS6sQ6zn7GZouW76b6wP61hMxy0bp.1) baş tutacaq.
Növbədənkənar ümumi yığıncağın gündəliyinə cəmiyyətin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə kreditin cəlb edilməsi və xüsusi əhəmiyyətli əqdin bağlanması daxildir.
1 milyon 240 min 82 manat nizamnamə kapitalına malik olan "ACA-Mebel” ASC 3 yanvar 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ramil Səfərov Rafiq oğludur. Hüquqi ünvanı AZ1102, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALATAVA 2 ünvanıdır.