“Philip Morris Manufacturing and Technology Bologna” (PM MTB) fabriki tüstüsüz məhsulların hazırlanması sahəsində aparıcı müəssisədir. Son 25 ildə İtaliyada sıfırdan inşa edilən ən böyük fabrikə 1,5 milyard avrodan artıq investisiya yatırılıb. Məhsulları 50-dən çox ölkəyə ixrac olunur. Təkcə 2023-cü ildə ixracın ümumi dəyəri 1,8 milyard avrodan artıq olub. Təsəvvür edin, ixrac olunan tüstüsüz çubuqların dəyərinin zeytun yağı və pendir kimi iki İtaliya məhsulunun ixrac dəyərindən daha yüksəkdir.
Bu haqda daha maraqlı məlumatlarla “Manufacturing IT – Philip Morris Manufacturing and Technology Bologna” şirkətinin direktoru Matteo Zompanın müsahibəsində tanış ola bilərsiniz.
FED.AZ biznes xəbər portalı Matteo Zompa ilə olan müsabəni təqdim edir:
Hörmətli cənab Zompa, mövcud və yeni bazarlardan tələbat olarsa, bu ilin sonunadək məhsul çeşidinizi genişləndirmək planınız varmı? Başqa sözlə, bazara nə kimi yeni məhsullar çıxarıla bilər? Bunu nəzərə alsaq, 2025-ci ilin sonuna proqnozlaşdırılan ümumi istehsal həcmi nə qədərdir?
“Philip Morris Manufacturing and Technology Bologna” (PM MTB) fabriki innovativ tüstüsüz məhsulların genişmiqyaslı istehsalı, prototiplərin yaradılması və kadr hazırlığı sahəsində uğurlar qazanmış mükəmməl bir mərkəzdir. O, son 25 ildə İtaliyada sıfırdan inşa edilən ən böyük fabrikdir. Ona 1,5 milyard avrodan artıq sərmayə qoyulub.
Fabrikdə 30-dan artıq istehsal xətti var ki, bunlardan ən yeniləri öz kateqoriyasında ilk Philip Morris məhsulu olan IQOS ILUMA ilə istifadə edilən yeni Levia tütünsüz çubuqların istehsalı üçün nəzərdə tutulub.
Bolonyada istehsal olunan çubuqlar İtaliyada Philip Morris Italy şirkəti tərəfindən satılmaqla yanaşı, həmçinin 50-dən artıq ölkəyə ixrac olunur. Bu ixracın ümumi dəyəri 2023-cü ildə 1,8 milyard avrodan artıq olub. İstehsal müəssisəsinin ixracyönümlülük dərəcəsi haqqında təsəvvür yaratmaq üçün ixrac olunan tüstüsüz çubuqların dəyərinin zeytun yağı və pendir kimi iki İtaliya məhsulunun ixrac dəyərindən daha yüksək olduğunu söyləmək kifayətdir.
Şirkətinizin strategiyasında texnoloji yeniliklər və elmi araşdırma nə dərəcədə vacibdir? "Tüstüsüz" məhsullar sahəsində hansı yeni texnologiyalar üzərində işləyirsiniz?
Məlum olduğu kimi Philip Morris öz missiyası və təyinatı ilə bağlı köklü dəyişikliklərə məruz qalmaqdadır. Məqsəd bütün yetkin siqaret çəkənlərin, siqaret çəkməyə davam edərlərsə, siqareti tərgitib yeni tüstüsüz məhsullardan istifadə etdikləri tüstüsüz bir gələcək qurmaqdır.
Bu iddialı məqsədə çatmaq üçün şirkətin iş və təşkilati modelinin kökündən dəyişdirməsi lazımdır ki, bunun üçün də hər bir sahədə yeni və peşəkar bacarıqlar tələb olunur. 2008-ci ildən bəri tüstüsüz məhsulların hazırlanması, elmi əsaslandırılması və kommersiyalaşdırılmasına şirkətimiz 14 milyard dollardan artıq sərmayə qoyub. Aydındır ki, texnoloji yeniliklər və elmi araşdırmalar şirkətin strategiyasında həlledici rol oynayır.
Gələcəkdə şirkət nikotin sənayesi ilə məhdudlaşmamağı və fəaliyyətini tibbi biologiya sahəsinə genişləndirməyi planlaşdırır. Dünyaya innovativ məhsullar və yeni texnologiyalar təqdim edən şirkətimizin bu sahədə artıq möhkəm bünövrəsi və xeyli təcrübəsi var.
Müəssisənizdə istifadə olunan istehsal texnologiyaları nə dərəcədə avtomatlaşdırılıb? Şirkətinizdə süni intellektdən necə istifadə olunur?
Bolonyadaki Philip Morris istehsalat müəssisəsi real vaxt rejimində proseslərin optimallaşdırılmasında süni intellekt və kompüter texnologiyasından, eləcə də məlumatların təhlilinə əsaslanan proqnozlardan istifadə edən hərtərəfli rəqəmsal quruluşlu ağıllı bir fabrik qurub. Fevral ayında fabrikimiz "İnnovasiya!" kateqoriyasında “Microsoft Ağıllı İstehsal Mükafatını” (Microsoft Intelligent Manufacturing Award) qazandı. Fabrikin rəqəmsal ekosistemi şəffaflığı və səmərəliliyi qoruyub saxlamaqla tütün emalından tutmuş məhsulun istehsal olunması və paylanmasına qədər bütün sahələri əhatə edir. Rəqəmsal əkiz texnologiyasının istifadəsi və davamlı inkişaf strategiyası dəyər zənciri boyunca itkiləri azaltmağa müvəffəq olub.
Bu texnologiyalardan biz davamlı inkişafı və məlumatların əlçatanlığını təmin etmək üçün istifadə edirik. Ona görə ki, biz rəqəmsal texnologiyaların insanı ən yüksək mövqedə tutaraq proseslərə əhəmiyyətli dərəcədə kömək edə biləcəyinə inanırıq.
Bir texnoloji istehsal mərkəzi kimi əməkdaşlarınızın bacarıqlarını necə inkişaf etdirirsiniz? İtaliyanın və ya digər ölkələrin universitetləri və ya tədqiqat mərkəzləri ilə əməkdaşlıq edirsinizmi? Gənc texnologiya mütəxəssislərini yetişdirmək üçün hansı proqramlarınız var?
Fabrikimiz sadəcə bir istehsal sahəsi deyil, PMI-nin dünyanın digər fabriklərində tüstüsüz məhsullarının istehsalı ilə bağlı prosesləri müəyyən edən bacarıqlar mərkəzidir.
Məhz bu səbəbdən orada sənayeləşmə, texnoloji innovasiya, mühəndislik və davamlı inkişaf sahələrində elmi-tədqiqat xidmətləri üzrə ixtisaslaşan və PMI-nin bu istiqamətlər üzrə dünyanın ən iri mərkəzi olan Sənaye Mükəmməlliyi Mərkəzi yerləşir.
Fabrikimizdə, həmçinin Dördüncü Sənaye İnqilabı ilə bağlı bacarıqlara dair ali təhsil verən İstehsalat Bacarıqları İnstitutu (İBİ) yerləşir. Burada təlim, peşəkarlıq, texnologiyanın ötürülməsi, açıq innovasiyalar, tətbiqi tədqiqatlar və universitet-biznes münasibətlərinin qurulmasına xüsusi diqqət yetirməklə gələcəyin sənaye bacarıqları formalaşdırılır.
PMI-nin İBİ layihəsinin icrasında Emilia-Romanya bölgəsinin iştirakı böyükdür. Belə ki, layihə çərçivəsində biz bu bölgənin universitetləri, innovasiya və İT mərkəzləri, startaplar da daxil olmaqla, elm və təhsil dünyasının çox mühüm təşkilatları ilə əməkdaşlıq edirik.
Müsahibəni apardı:
Elnur Hüseynquluyev
Direktor və baş redaktor