"Meta"nın qurucusu Mark Zukerberq şirkətinin səhmlərinin ucuzlaşması nəticəsində dünyanın ən varlı adamları siyahısında 12-ci yerə düşüb.
Eləcə də bax: “Meta”nın səhmləri - 26% UCUZLAŞIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu "Forbes"in real vaxt rejimində apardığı milyarderlər reytinqinin məlumatları sübut edir.
Hazırda onun sərvəti 84,8 milyard dollar qiymətləndirilir.
Reytinqə əsasən Zukerberq gündə 29,7 milyard dollar (25,9%) itirib.
"Meta"nın qurucusu bu siyahıda İlon Maskı qabaqlayır. Keçən il Tesla rəhbəri bir gündə 33 milyard dollar itirmişdi.
Zukerberq 2015-ci ildən dünyanın ən zəngin 10 adamı siyahısındadır.