Milli Məclisin bu gün keçirilən plenar iclasında "Lombardlar haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
FED.az-ın məlumatına görə, layihə barədə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Eləcə də bax: Azərbaycanda lombard kreditlərinin verilmə müddətinin artırılması - TƏKLİF EDİLİR
O bildirib ki, sənəd ölkədə lombard fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır: “Odur ki, bu qanun layihəsinin qəbul edilməsinə ciddi ehtiyac var. Sənəd lombard sahəsində mənfi halların çox olması nəzərə alınaraq, sui-istifadə hallarının qarşısını almaq və səmərəliliyin artırılması məqsədi ilə, lombard istehlakçılarının hüquqlarının qorunması üçün hazırlanıb”.
Qanun layihəsi səsverməyə qoyularaq II oxunuşda qəbul edib.
Report