«Lənkəran Balıq Konserv» ASC səhmdarlarının (təkrar çağırış) növbəti ümumi yığıncağı 6 may 2022-ci il saat 14.00-da Lənkəran şəhəri, T.İsmayılov küçəsi 7 nömrəli ünvanda yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcək.
FED.az xəbər verir ki, toplantıda «Lənkəran Balıq Konserv» ASC-nin 2021-ci maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması, «Lənkəran Balıq Konserv» ASC-nin icra, idarəetmə və nəzarət orqanlarının seçilməsi, bir sıra bina və tikililərin, nəqliyyat vasitələrinin, gəmilərin, avadanlıqların balansdan silinməsi üçün ləğvetmə komissiyası tərəfindən tərtib olunmuş əmlakın (qiymətlilərin) ləğvi aktları¬nın təsdiq edilməsinin müzakirəsi. ASC-nin əsas vəsaitlərinin özgəninkiləşdirilməsi və sair məsələlər müzakirə ediləcək.
Müəssisənin direktorunun adından yayılan elanda deyilir ki, səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 18.00-dək səhmdar cəmiyyətin Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən inzibati binasında səhmdar cəmiyyətin direktoruna müraciət etməklə tanış ola bilərlər.
Ünvan- Lənkəran şəhəri, T.İsmayılov küçəsi 7 .