27 may 2025-ci il saat 14.00-da ləğv prosesində olan “Salyan Nəqliyyat” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Salyan rayonunun, Aşağı Noxudlu kəndində baş tutacaq.
Növbədənkənar ümumi yığıncağın gündəliyinə ləğv prosesində olan “Salyan Nəqliyyat” ASC-nin ləğvetmə balansının və qalıq əmlakının iştirakçılar arasında bölünməsi planının təsdiq edilməsi daxildir..