İtaliyanın idman avtomobilləri istehsalçısı “Automobili Lamborghini” cərrahi maskalar və üz üçün qoruyucu tibbi qalxanlar istehsalı ilə bağlı özünün Sant-Aqata-Bolonyeze şəhərindəki bəzi zavodlarının təyinatını dəyişəcəyini elan edib.
Eləcə də bax: Azərbaycandakı maska müəssisəsi - NƏ VAXT AÇILACAQ?
FED.az xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.
Tibbi qoruyucu vasitələr hazırda həkimlərin COVID-19 pandemiyası ilə mübarizə apardığı Bolonya xəstəxanasına çatdırılacaq.
Bildirilir ki, zavod gün ərzində 1000 maska və 200 qoruyucu ekran istehsal edəcək.
Apa