Azərbaycanda son 6 il ərzində reklam fəaliyyətindən əldə olunan gəlir azalıb.
FED.az xəbər verir ki, 2018-ci ildə Azərbaycanda reklam fəaliyyətindən 51 111 200 manat gəlir əldə edilib.
Bu vəsait 2016-cı il (43 424 900 manat) və 2017-ci illə (44 336 300 manat) müqayisədə çox olsa da, 2013-cü illə müqayisədə azdır.
2013-cü ildə Azərbaycanda reklam fəaliyyətindən 57 085 700 manat gəlir əldə edilib.
2014-cü ildə isə ölkədə reklam fəaliyyətindən 67 311 400 manat gəlir götürülüb ki, bu da son 6 il üzrə ən yüksək göstəricidir.
Ötən il reklam fəaliyyətindən əldə olunan gəlirin çox hissəsi reklamın yayımlanmasının payına düşüb. Keçən il ərzində reklamın yayımlanmasından 20 264 200 manat gəlir götürülüb.
Ötən il ən çox reklam yayımlanmasına görə gəlir küçədə və yol ətrafı zonalarda yayımlanan reklamlardan toplanılıb.
2018-ci ildə küçədə və yol ətrafı zonalarda yayımlanan reklamlardan 9 866 400 manat gəlir əldə edilib.