Hər ay körpüüstü reklamın 1 kvadratmetri üçün haqq 7 manat olacaq.
FED.az xəbər verir ki, bununla əlaqədar Prezident İlham Əliyevin 17 oktyabr tarixli fərmanı ilə “Açıq məkanda reklam yayımına görə haqqın hesablanma qaydası”na müvafiq dəyişiklik edilib.
Eləcə də bax: Reklam qurğularının quraşdırılması və sökülməsi - QAYDASI MÜƏYYƏNLƏŞDİRİLİB
Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində körpüustu reklam üçün aylıq haqqın məbləği reklam yayım zonalarından və reklamın effektivlik dərəcəsinin kateqoriyasından asılı olaraq müəyyənləşdirilmiş əmsallara uyğun hesablanacaq. Məsələn, Bakı şəhərində A zonasında birinci kateqoriya üzrə əmsal 5, bu zonada ikinci kateqoriya üzrə əmsal 4-dür. Beləliklə, Bakı şəhərində A zonasında 1 kateqoriya üzrə 1 kvadratmetr körpüüstü reklam 5*7=35 manat, ikinci kateqoriya üzrə körpüüstü reklam 5*4=20 manat olacaq.
Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə reklam yayım zonalarına görə əmsallar müəyyənləşib, reklamın effektivlik dərəcəsinin kateqoriyası nəzərdə tutulmur. Beləliklə, Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə A zonasında əmsal 1-dir və 1 kvadratmetr körpüüstü reklama görə haqq 7 manat olacaq. Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə V zonasında isə əmsal 0,8-dir və 1 kvadratmetr körpüüstü reklam 0,8*-7=5,6 manat müəyyənləşəcək.
Apa