Koronavirusun ən çox vurduğu sektorlardan biri də restoranlardır. Ölkələrin bəzi yerlərində restoranlar qapalı bir hissədə və çox ciddi qaydalarla xidmət göstərir. İşçi sayına və yeməklərinin baha olmasına görə lüks restoranlara getmək uyğun olmadığı üçün belə restoranlar daha çətin günlər keçirir.
Eləcə də bax: Avropada «kirayə müharibələri» başlayıb – YENİ QAYDALAR
FED.az xəbər verir ki, Avropadakı məşhur restoranlara Truffle göbələyi satan Con Qreqson İtaliya və İspaniyadan yığdıqları göbələkləri restoranlara kilosu 7 min 400 ABŞ dollarından satırdı, ancaq bu il məhsulun çoxu satılmayıb.
Hazırda dünyada restoranların 80 faizinin bağlandığı təxmin edilir. TruffleHunter göbələklərini satan şirkətin rəhbəri Qreqson "Sifarişlərimin çoxu hazırda bağlanmış Michelin ulduzlu restoranlardan gəlir" deyib.
3,4 trilyon dollarlıq qida sənayesinin koronavirus böhranına necə təsir edəcəyi hələ də proqnozlaşdırıla bilinmir.
Dünyadakı istehsalçıların əksəriyyəti korlanma riski olan qida məhsullarının fərqli bazarlarda necə satılması barədə düşünürlər. Lakin sənaye mütəxəssislərinin bildirir ki, ulduzlu restoranların bərpası digər sektorlara nisbətən daha uzun çəkəcək.
Rabobank analitiki Nicholas Fereday, “Restoranlara satılan yemək və marketlərə satılan yemək eyni deyil. Restoranlara yemək satanlar həmişə daha çox pul qazanır və bu vəziyyət hazırda fermerlər üçün yaxşı deyil."
Qreqson bildirib ki, indi lüks göbələklər birbaşa müştərilərin evlərinə göndərilir.