ABŞ-ın xarici işlər naziri Mike Pompeo, "Keşiş Branson bu ay sərbəst buraxıla bilər" deyib.
FED.az xəbər verir ki, Pompeo, "Türkiyə rəsmiləri ilə Bransonın vəziyyətini bu həftə müzakirə etməyi gözləyirik" ifadəsini istifadə edib.
Amerikanın "Wall Street Journal" (WSJ) qəzeti, Endryu Bransonın 12 Oktyabrdakı məhkəmədə sərbəst buraxılacağını yazmışdı.
Qəzetə danışan bir Türkiyə rəsmisi, Bransonın Oktyabr ayındakı məhkəmədə sərbəst buraxılması ilə bağlı "ehtimal olunur" ifadəsini işlətmişdi.
Xəbərin ardından Türk Lirəsi Dollar qarşısında 3,3% dəyər qazanıb. Dollar 6.0860 lirəyə düşüb (Saat 20:45-ə olan məlumat)
Keşiş Branson sərbəst buraxıla bilər - LİRƏ BAHALAŞIR
21:16
24 Sen 2018