"Kainat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin vəzifədən azad edilərək həmin vəzifəyə yeni şəxsin təyin edilməsi ilə bağlı cəmiyyətin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağının keçirilməsi 7 iyuhn 2023-cü il tarixə, saat 12:00-a təyin edilmişdir.
Daha bir şirkət səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi, 2 ünvanında “Səyyarmextikinti” ASC-nin inzibati binasında keçiriləcək.
Səhmdarların həmin yığıncaqda iştirakı zəruridir.
Xatırladaq ki, ASC 2006-cı ildə yaradılıb və 612 668 nizamnamə kapitalına sahibdir. Onun İdarə Heyətinin sədri Mehman Mehmanov Veyis oğludur.