Renoir Consulting LLC Şirkətinin AR filialı (VÖEN: 1403945931) ləğv olunduğunu elan edir.
FED.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 64, mənzil 13 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, bu filial 27 sentyabr 2017-ci ildən dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Ranganthan Ganeshdir.
Renoir Consulting LLC beynəlxalq menecment konsultasiya şirkətidir. Şirkət 1994-cü ildə qurulub. Fəaliyyət istiqaməti əməliyyatların optimallaşdırılması, rəqəmsal transformasiya və korporativ idarəetmə sahələridir.
Baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.