Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan güzəştli kredit alan sahibkarların sayı sürətlə artmaqdadır.
FED.az xəbər verir ki, Göygöl rayonunda fəaliyyət göstərən iş adamı Bəhruz Mustafa fondun kreditlərindən faydalanan növbəti sahibkar olub.
«Sahibkar Bəhruz Mustafa südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 200 000 manat güzəştli kredit əldə edib»-deyə Sahibkarlığın İnkişafı Fondundan bildirilib.
Qeyd edək ki, Bəhruz Mustafa heyvnadarlıq sahəsi üzrə uzun müddətdir fəaliyyət göstərir və məhsuldar cins heyvanlar üzrə təsərrüfata rəhbərlik edir.
Layihənin maliyyələşdirilməsi Kapital Bank ASC vasitəsilə həyata keçirilmişdir.