Yeni nəsil işçiləri üçün maaş yeganə motivasiya deyil. Onlar dəyər gördükləri iş axtarırlar.
İşğaldan azad olunmuş ərazilərdə işləmək üçün minlərlə sahibkar KOBİA-ya müraciət edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Global CEO Summit 2026"da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, artıq işçiləri elə iş axtarırlar ki, həm dəyər görsünlər, həm də şirkətə dəyər qatdığını görsünlər:
"Onlar görsə ki, şirkətin dəyərləri ilə öz dəyərləri üst-üstə düşmür başqa iş axtarmağa başlayırlar. İstedadlı insanları işə götürmək istəyən şirkətlər dəyər yaratmalıdırlar".
Sədr bununla yanaşı yeni - hibrid iş rejiminin yeni idarəçilik modeli tətbiq edilməsini tələb etdiyini bildirb.












