“Azlayihə İnşaat” MMC (VÖEN: 7900064391) “Altis” MMC-nin(VÖEN: 5500328511) və “Kometa-A” MMC -nin(VÖEN: 5500328641) ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
FED.az xəbər verir ki, qoşulma ilə əlaqədar “Altis” MMC-nin və “Kmeta-A” MMC-nin bütün hüquq və vəzifələri təhvil aktı üzrə “Azlayihə İnşaat” MMC-yə keçir.
Qeyd edək ki, “Azlayihə İnşaat” MMC 19 noyabr 2012-ci ildə yaradılıb və 10 manat nizamnamə kapitalına malikdir.
"Altis” MMC 6 yanvar 2009-cu ildə yaradılıb və 10 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Cavid Mahmudov Fuad oğludur.
"Kometa-A” MMC 7 yanvar 2009-cu ildə yaradılıb və 10 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Samran Eyvazov Tahir oğludur.
Qeyd edək ki, 28.04.2025-ci il tarixinə "Azlayihə İnşaat"ın 6milyon 142 min 328, "Altis" MMC-nin 3 milyon 517 min "Kometa-A" MMC-nin 1 milyon 312 min 054 manat vergi borcu var.