“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2024-cü ilin yanvar-fevral aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
2024-cü ilin yanvar-fevral ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “My Fruit” MMC, “P-Aqro” MMC, Muradova Sahibə Səlimət qızı, “Soil Boons” MMC, “STP Global Cable” MMC, “Technopack” MMC, “Ümüd 059” MMC, “Mors Trading” MMC, “Gözəl Təbiət” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azərenerji” ATSC, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR “Dövlət Energetika Xidməti” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC.