İtaliya şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv edilir.
Eləcə də bax: Azərbaycanın 23 yaşlı şirkəti bazarı tərk etdi
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Paresa S.P.A” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90a ünvanına bildirə bilərlər.
Bildirək ki, “Paresa S.P.A” şirkəti Azərbaycanda 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin Massimo Megale adlı şəxsdir.
Onu da qeyd edək ki, “Paresa S.P.A” şirkəti İtaliya şirkətidir və orada 1978-ci ildən bəri fəaliyyət göstərir. Paresa, qurucularının təcrübəsi və yeni iş imkanları sayəsində sürətlə Neft və Qaz sektorundakı ən əhəmiyyətli və böyük EPC podratçılarının etibarını qazanaraq fəaliyyət sahəsində lider bir şirkətə çevrilir.