Son günlər enerji sistemindəki qəzalardan sonra avtonom enerji mənbələrinə tələbat kəskin artıb. FED.az xəbər verir ki, enerji verilişindəki fasilələr ilin isti dövrünə təsadüf etdiyindən əhali və biznes üçün böyük narahatlıqlar yaradıb. Məlum olub ki, dövlət qurumları ilə yanaşı, bəzi biznes təşkilatları da qəzaya hazır deyilmişlər. Əsas çatışmazlıq isə generatorlardan istifadə edilməməsi olub. Baxmayaraq ki, hazırda bazarda çoxsaylı çeşiddə və qiymətdə genetatorlar var. Bunu nəzərə alaraq FED.az hazırda daxili bazarda satılan generatorların qiyməti və gücünü araşdırıb.
Azərbaycana gətirlən generatorların əsas hissəsi Rusiya, Çin, Almaniya və Türküyədən gəlir. Bunlar bir-birindən keyfiyyətinə və qiymətinə görə fərqlənir. Ümumiyətlə generatorların gücü 0,5 kilovatdan 2000 kilovata qədərdir.
Ən zəif generator – 140 manat
Bazarda satışda olan ən zəif generatorun gücü 0,5 kilovatt-dır. Çin istehsalı olan bu generatorukn qiyməti 140 manatdan başlayır. Dizel və benzinlə işləyən gereratorun yanacaq çəni 3 litr tutur və bir saata 200 qram yanacaq işlədir. Amma bu generatorların imkanları böyük deyil, onunla evde cəmi 2-3 elektrik lampası işlətmək mümkündür.
1 kilovattlıq generator – 150 manat
Nisbətən güclü - 1 kilovatt saat gücü olan generator isə Çin və Türkiyə istehsalıdır. Qiyməti 150 manatdan başlayır, dizel və benzinlə işləyirlər. Yanacaq həcmi 5 litir olan generator bir saata 800 qram yanacaq işlədir. Bu generatorlar evde olan lampa və televizoru işlətmək gücünə malikdir.
3 kilovattlıq generator – 350 manat
İşıqlar sönəndə daha rahat şərait arzulayanlar 3 kilovatlıq generatorlara maraq göstərə bilərlər. Çinə və Türkiyə istehsalı olan bu maşınların qiyməti 350 manatdan başlayır. Dizel və benzinlə işləyir, yanacaq həcmi 15 litirdir və bir saata 800 qram yanacaq işlədir. Bu generatorların evde olan lampa, televizor və soyducuya gücü çatar.
4,5 kilovattlıq generator – 550 manat
4,5 kilovattlıq generatorlar isə Almaniya, Türkiyə və Rusiya istehsalıdır. Qiyməti 550 manatdan başlayan bu generatorlar dizel və benzinlə işləyir, yanacaq həcmi 13 litirdir və saata 500 qram yanacaq işlədir. Bu generatorlarla evde olan lampalar, soyducu, ütü, ve televizoru eyni anda işlətmək olar.
5 kilovattlıq generator – 650 manat
5 kilovattlıq generatorlar Almaniya, Türkiyə və Rusiya istehsalıdır. Qiyməti 650 manatdan başlayır. Dizel və benzinlə işləyirlər. Yanacaq həcmi 13 litirdir və bir saata 500 qram yanacaq işlədir. Bu generatorlarla evde olan lampalar, soyducu, ütü, 25 m2 kondisioner və televizoru eyni anda işləyə bilər.
8 kilovattlıq generator – 1 700 manat
8 kilovattlıq istehsal Almaniya, Türkiyə və Rusiya məxsusdur. Qiyməti 1700 manatdan başlayır. Dizel və benzinlə işləyirlər. Yanacaq həcmi 16 litirdi və bir saata 1 litir yanacaq işlədir. Bu generatorlarla evde olan bütün əşyaları işlədə bilər. Bir şərtlə ki, hər birindən 1 ədəd olsun.
10 kilovattlıq generator – 1850 manat
10 kilovatt gücü olan generatorlar Almaniya, Türkiyə və Rusiya istehsalıdır. Qiyməti 1850 manatdan başlayır, dizel və benzinlə işləyirlər. Yanacaq həcmi 16 litirdi və bir saata 1 litir yanacaq işlədir.Bu generatorlarla evde olan bütün əşyaları işlətmək olar.
17 kilovattlıq generator – 4 000 manat
17 kilovattlıq generator Türkiyə istehsalıdır. Qiyməti 4000 manatdan başlayan bu qurğu saatda 7,6 litr dizel istifadə edir, yanacaq həcmi 85 litirdir. Bu generatorlar ev üçün ən əlverişli variantlardan sayılır. Onların köməyi ilə evdəki bütün əşyaları, hətta su mühərriklərini də problemsiz işlətmək olar.
88 kilovattlıq generator – 17 000 manat
Türkiyə istehsalı olan 88 kilovattlıq generatorun qiyməti 17000 manatdan başlayır. Bunlar əsasən biznes obyektləri və yaşayış binalarının təmin edilməsi üçün uyğundur. Dizelə işləyən generatorun yanacaq həcmi 235 litirdir və saatda 20,5 litir yanacaq yandırır. Bu generatorlarla bir binada 4 mənzili işiqla təmin etmək olar, evdə olan bütün lampalar, soyducu, ütü, ve kondisioner işlətmə gücünə malikdir. Eyni zamanda kiçik bizneslə məşğul olan iş adamları üçün də sərfəlidir. İşıq sönən andan cəmi bir neçə saniyə sonra avtomatik olaraq işə düşür.
100 kilovattlıq generator – 19 000 manat
100 kilovatlıq generator da Türkiyəyə məxsusdur. Qiyməti 19 min manatdan başlayan qurğu saatda 23,1 litr dizel işlədir. Yanacaq çəni 235 litirdir. Bu generatorlarla bir binada 6 mənzili işiqla təmin etmək olar evdə olan bütün lampalar, soyducu, ütü, ve kondisioner işlətmək gücünə malikdir. Eyni zamanda bizneslə məşğul olan iş adamları üçün lazımlıdır. İşıq sönən andan cəmi bir neçə saniyə sonra avtomatik olaraq işə düşür.
1000 kilovattlıq generator – 95 000 manat
1000 kilovatlıq generator Türkiyə istehsalıdır. Qiyməti 95 min manatdan başlayır. Dizelə işləyirlər. Yanacaq həcmi 900 litirdi və bir saata 193 litir yanacaq işlədir. Bu generatorlarla böyük bir firmanı və ya binanı bütünlüklə elektiriklə təmin etmək olar. İşıq sönən andan cəmi bir neçə saniyə sonra avtomatik olaraq işə düşür.
İşıqsız qalmaq istəmirsinizsə - GENERATORLAR NEÇƏYƏDİR
17:54
6 İyul 2018