Yəqin ki, iş müsahibəsi vaxtı işəgötürənin sizə verəcəyi sualları əvvəlcədən bilsəydiniz bu mərhələni uğurla keçərdiniz. Bu demək olar ki, mümkün olmadığından biz ən çox ehtimal olunan 15 sual və onlara ən uyğun cavabları sizə təqdim edirik.
Tövsiyə edirik ki, müsahibədən əvvəl bu sual və cavabları yaxşı mənimsəmək üçün lazımi vaxt ayırasınız. Məqsədimiz sizin iş üçün uyğun namizəd olduğunuzu nümayiş etmənizə kömək etməkdir.
1.Özünüz haqda bir az danışın.
Bu sual çox sadə və klişe səsləndiyindən bir çox insan ona hazırlaşmır. Lakin bu olduqca mühümdür. Məsləhətimiz: İş və ya şəxsi tarixçənizi başdan ayağa danışmayın. Sizi tələb olunan iş üçün düzgün bir namizəd olduğunuzu göstərəcək həyat və iş təcrübənizi qısa və maraqlı bir hekayə şəklində danışın. Əvvəl müsahibə götürənin ən çox xoşuna gələcək bir neçə nailiyyətiniz və ya konkret iş təcrübəniz haqda danışın. Sonra isə həmin təcrübənizin müraciət etdiyiniz işdə uğur qazanacağınıza necə kömək edəcəyini deyin.
2. Bu iş haqda haradan öyrəndiniz?
Bu da ilk baxışdan məsum səslənən bir sualdır. Halbuki bu sual sizə şirkətə olan rəğbət və istəyinizi nümayiş etdirmək üçün əla imkan verir. Beləliklə: əgər iş barədə dostunuzdan və ya başqa bir peşəkar tanışınızdan öyrənmisinizsə həmin adamın adını deyin. Həmçinin, bu iş sizi necə həyəcanlandırdığını da qeyd edin. Əgər iş barədə hansısa bir tədbirdə və ya elandan xəbər tutmusunuzsa işə müraciət etməyinizin səbəbini deyin.
3. Şirkətimiz haqda nə bilirsiniz?
Bu sualı verməklə işəgötürən sizin şirkətə olan həqiqi münasibətinizi öyrənmək istəyir. Məsləhətimiz: şirkətin missiyasını anladığınızı göstərən bir cümlə ilə başlayın və cümlənizi şirkətin vebsəhifəsindən götürdüyünüz bir neçə onlara xas söz və ifadələrlə bəzəyin. Lakin şirkətin missiyası və məramlarını hərfi mənada təkrarlamayın çalışın öz dilinizdə deyəsiniz. Belə deyə bilərsiz: “Mən şəxsən inanıram ki, şirkətin filan məsələyə bu cür münasibəti düzgündür, çünki…” və sonra bir neçə başqa şəxsiləşdirilmiş nümunə verin.
4. Bu işi niyə istəyirsiniz?
O işi niyə istədiyiniz barədə əla cavabınız olmalıdır. Bu mütləqdir. Bu da məsləhətimiz: Sizin bu rola ən uyğun namizəd olduğunuzu göstərəcək bir neçə faktor müəyyənləşdirin. Belə deyin: Mən danışıqlar aparmağı sevirəm çünki mən daim insanlarla ünsiyyətdə olmaq və arzuedilən nəticəni əldə etdiyim zaman aldığım məmnunluq hissini çox sevirəm. Siz həmçinin şirkəti niyə sevdiyinzi deyə bilərsiniz. Məs: “İcmalara kömək etmək mənə həmişə zövq verib və fikrimcə sizin şirkət bu sahədə əla işlər görür, odur ki, mən bu səyahətinizdə sizin yanınızda olmaq istəyirəm.”
5. Biz sizi niyə işə götürməliyik?
Bu sual sizə özünüzü və bacarıqlarınızı işəgötürən menecerə “satmağa” əla imkan yaradır. Siz üç sahəni əhatə edəcək cavablar verməlisiniz: 1. Siz nəinki o, işi görə bilərsiniz həmçinin möhtəşəm nəticələr əldə edə bilərsiniz 2. Siz komandaya və şirkət mədəniyyətinə tam uyğun gələcəksiniz 3. Siz istənilən digər namizədlərdən daha yaxşı işçi olardınız.
6. Sizin ən güclü peşəkar cəhətləriniz hansılardır?
Müsahibə üzrə təlimçilərin fikrincə siz düzgün, uyğun və konkret cavablar verməlisiniz. Siz həqiqi güclü tərəflərinizi bölüşməli, müraciət etdiyiniz işə ən uyğun olan güclü tərəfləriniz barədə danışmalısınız, məsələn, danışıqlar aparma bacarıqları, əlaqələr qurma qabiliyyəti kimi. Lakin mütləq bu bacarıqlardan peşəkar həyatınızda necə istifadə etdiyiniz barədə misallar göstərin.
7. Sizcə ən yaxşı cəhətiniz hansıdır?
İlk baxışdan şablon sual kimi görünsə də cavab verərkən müsahibə alanı “hərifləməyə” çalışmayın. Onlar sizin özünüz barədə nə fikirdə olduğunuzu və dürüst olub olmadığınızı bilmək istəyirlər. Hansısa bir sahədə çətinlik çəkdiyinizi, lakin onun üzərində işlədiyinizi deyin. Belə deyə bilərsiniz: “Auditoriya qarşısında çıxış etmək sahəsində heç vaxt güclü olmamışam, amma publikaya müraciət etdiyim zaman daha rahat ola bilmək üçün bu yaxınlarda işdəki iclaslarda moderator kimi çıxış etməyi öz üzərimə götürmüşəm.”
8. İşdə üzləşdiyiniz çətinlik və onun öhdəsindən necə gəldiyiniz barədə danışın.
Bu sualla müsahibə götürən sizin konflikt hadisəsinə necə cavab verəcəyinizi bilmək istəyir. İş müsahibəsi vaxtı xoş görünə bilərsiniz bəs işə götürülsəniz və sonra etika və uyğunluq şöbəsindən bir nəfər sərt ittihamlarla sizin üzərinizə gəlsə nə edəcəksiniz? Siz konflikt vəziyyətindən necə peşəkarlıqla və konstruktiv şəkildə çıxdığınız və həll yoluna və ya ortaq məxrəcə gəldiyiniz barədə danışmalısınız.
9. Arzuladığınız iş hansıdır?
Belə sual verməklə işəgötürən bu işin sizin gələcək karyera planlarınız ilə həqiqətən də üst-üstə düşüb düşmədiyini aşkar etmək istəyir. Odur ki, hədəfləriniz və ambisiyalarınız barədə və bu işin sizi o hədəflərə necə aparacağı barədə danışmanız daha yaxşı olar.
10. Bu işdən gözləntiləriniz nələrdir?
Bu suala yaxşı cavab vermək üçün siz bu işin elanda göstərilən xüsusiyyətləri barədə danışmalısınız. Cavabınızda konkret olun.
11. Necə iş mühitində işləməyə üstünlük verirsiniz?
İdeal cavab yenə də iş elnanında göstərilən cəhətlərə əsaslandırılmalıdır. Burada da cavabınız konkret olmalıdır.
12. İş təcrübənizdəki boşluğun (əgər olubsa) səbəbi nədir?
Əgər iş təcrübəsi tarixinizdə boşluq olubsa səmimi olun, cavabınızı birbaşa edin və işləmək istədiyiniz təşkilata hansı töhfələri verəcəyiniz barədə danışın. Belə deyə bilərsiniz: “Mən arada karyerama fasilə vermək qərarına gəldim, lakin bu hazırda mən şirkətinizə filan, filan sahələrdə töhfə verməyə hazıram. Çalışın verəcəyiniz fayda iş elanındakı gözləntilərə uyğun olsun.
13. Məvaciblə bağlı hansı tələbləriniz var?
Əgər bu sualı verirlərsə deməli şirkət sizinlə maraqlanır. Bu suala cavab verməkdən öncə siz iş elanı saytlarına baxıb, tanışlarınızla əlaqə saxlayıb təqribi maaşlar barədə xəbərdar olmalısınız. Məsləhətimiz budur ki, təcrübəniz, təhsiliniz və bacarıqlarınıza əsaslanaraq iş bazarında bu işə uyğun olan ən yüksək maaşı qeyd edəsiniz. Lakin elə etməlisiniz ki, işəgötürən danışıqlara açıq olduğunuzu bilsin. Əsas məqsəd bacarıqlarınızın dəyərli olduğunu bildiyinizi, amma işi çox istədiyiniz və danışıqlara açıq qapı saxladığınız göstərməkdir.
14. İşdən sonra nə etməyi sevirsiniz?
Burada müsahib sizin şirkətin mədəniyyətinə uyğun gəldiyini görmək və eyni zamanda şəxsi cəhətlrinizi açıb göstərməyinizi istəyir. Çalışın cavabınız yarı-peşəkar olsun. Məs: dostlarla futzal oynadıqdan sonra çay süfrəsi ətrafında söhbətləşməyi xoşladığınızı deyə bilərsiniz.
15. Bizə sualınız var?
Siz yəqin artıq bilirsiniz ki, müsahibə işəgötürən haqda birinci əldən məlumat almaq üçün əla müstəvidir. Lakin, “bu iş hansı imkanları verir” və ya “şöbənin əsas işləri nələrdir” kimi şablon suallar verməkdənsə müsahibə götürənin özünə aid olan suallar verin. Məsələn, belə deyin: “bu işin ən çox sevdiyiniz hissəsi nədir? Ya da, “sizin yeni məhsullar/proqramlar barədə və ya inkişaf planlarınız barədə nə deyə bilərsiniz?
mənbə : resume.az