Bu yazıda beş böyük internet şirkətin biznes modelləri haqqında danışacağıq: YouTube, OLX, eBay, Airbnb və Wikipedia.Hər hekayə- ilk baxışdan qeyri-mümkün görünən işlərdə ciddi pulların qazanıldığına şahidlik edir.
Youtube
YouTube, 2005-ci ildə üç proqramçı tərəfindən bir tanışlıq saytı olaraq yaradılıb. Bir il sonra xidməti 1,65 milyard dollara Google şirkəti alıb.Bu gün isə YouTube ən böyük video paylaşm saytı və ikinci böyük axtarış xidmətidir. Ümumilikdə gündəlik ziyarətçilər izlədiyi videolara milyardlarla saat sərf edirlər.
Platforma pulun əksəriyyətini məzmunda deyil, izləyicilərin diqqəti ilə qazanır-gündə 30 milyon ziyarətçi. Pul qazanmağın yolları bunlardı:
1.Sponsorluq reklamı
Bir video axtardığınız zaman ilk yerlərdə «yenilənmə» etiketi ilə bir neçə video verilir-bu ödənişli reklamdır. Xidmət reklam sifarişçilərindən materiallarını təbliğ etdiyi üçün pul alır. Məbləğ baxışların sayından asılıdır.
2. Daxili reklam
Daxili reklamlar-video başlamadan evvəl və ya videoya baxış əsnasında verilən reklamlardır. Gəlirin bir hissəsi rolikində reklam yerləşdirilən kanal sahibidə alır.
3. Ana səhifədə elanlar
Əgər istifadəçi şəxsi hesabına daxil olmursa, YouTube-un ana səhifəsində bir şəkil və ya video ilə banner göstərilir. Bəzi hallarda onun konversiyası 80% -ə çata bilər.
4.Youtube Red (Premium)
Bu, YouTube-da insanlara geniş zolaqlı giriş imkanı verən bir abunə xidmətidir (ayda 10 $):
- YouTube Music və YouTube Gaming-dən istifadə imkanı;
- Reklam olmadan videoları izləmə;
- YouTube Red-in eksklüziv məzmununa giriş;
- Digər səhifədə işlədiyiniz zaman və ya ekran sönən zaman fonda musiqinin getməsi
- Google Play Music-ə pulsuz abunəlik.
YouTube öz videolarının izlənməsindən pul qazanmaq istəyən kontent yaradıcıları ilə əməkdaşlıq edir. Bu halda istifadəçi abunə haqqını ödəməlidir və ya kanalın məzmununa daxil olmaq hüququnu əldə etməlidir. Tam rəqəmlər açıqlanmır, lakin məlumata görə, məzmun sahibi və platforma arasında gəlir 55:45 nisbətində paylanır.
6.Youtube TV
Bu abunə əsasında abunəçilərə mövcud kanalların xüsusi canlı yayımıdır. Aylıq abunə haqqı 35 dollardır. Əlavə olaraq ödənişli premium-klass kanallar da var. YouTube TV istənilən cihazda yayımlana bilər.
7. Əməkdaşlıq ProqramıVideo çarxların bəzilərinın altında tematik məhsulların reklamı ola bilər. Bu məhsullar-əməkdaşlıq reklamıdır.Məhsulu satın alsanız,Youtube öz faizini alacaq.
OLX
OLX şirkəti 2006-cı ildə Argentinada yaradılıb. Bu gün 40 ölkədə fəaliyyət göstərir. Hindistanda, Braziliyada, Pakistanda, Portuqaliyada, Polşada, Ukraynada, Nigeriyada, Filippində və Keniyada platforma pulsuz reklam bazarında birinci yer tutur. Onu Cənubi Afrika mətbuat qrupu Naspers idarə edir.OLX-in bəzi xüsusiyyətləri və nailiyyətləri aşağıdakılardır:
- Dünyanın bir çox ölkəsində online reklamlar bazarında ən böyük veb saytdır, onlardan biri – 1 milyarddan çox əhalisi olan Hindistandır;
- OLX-nin müvəffəqiyyəti Google-a Google Trader saytını bağlamağı məcbur etdi;
- Vətəndə – Argentinada – OLX digər məşhur sosial şəbəkələrlə eyni səviyyədədir;
- OLX əməliyyatlarının sayı 8,5 milyondan çoxdur.
- OLX, digər onlayn bazarlardan fərqli olaraq, müqavilədən heç bir şey qazanmır.
1.Google AdSense
Şirkətin gəlirinin çox hissəsi Google AdSense vasitəsilə əldə olunur. Portal, çox sayda ziyarətçini cəlb edir və Google reklam şəbəkəsinin yenilikləini göstərərək müştərilərdən pul qazanır.
2. Seçilmiş siyahı (malları siyahıda öncəki sıralara qaldırmaq və ya vurğulamaq)Satıcı yeni bir reklam əlavə etdiyi zaman, bu siyahının yuxarı hissəsində yerləşdirilir. Ancaq vaxt keçdikcə reklam aşağı düşür, baxışların sayı müvafiq olaraq azalır. Məhsulun yuxarıda görünməsi üçün satıcı OLX-ə ödəniş edə bilər.Çünki ilk səhifədə baxışların sayı ikinci səhifəyə nisbətən daha çoxdur. Əlbəttə ki, satış ehtimalı da daha yüksəkdir.
eBay
Şirkət 1995-ci ildə kolleksiya əşyalarının hərracı kimi təsis edilib.Fikrin prespektivliyini görən sahibkarlar dərhal əsas vektoru dəyişdilər.İndi sayt- elekron-ticarət bazarında liderdir. Platformada, məhsul həm sabit bir qiymətə ( Buy İt Now) həm də hərrac şəklində satılır.Buy It Now-İnternetdə ticarət saytlarının ən geniş yayılmış üsuludur. Amma eBay-da Buy It Now anlayışı üç fərqli mənaya malikdir:
- Müştəri hərracda iştirak edə bilər və ya sevilən mövqeyi birbaşa əldə edə bilər. Fərq ondadır ki, Buy İt Now–ın qiyməti hərracın başlanğıc qiymətindən ən azı 30% çoxdur;
- Hərracda Buy İt Now rezerv qiymətləri yalnız ehtiyat qiymət elan olunduqdan sonra göstərilir;
- Üçüncü seçim – Buy İt Now hərracda iştirak etməməkdir. Bu seçim bütün ticarət platformaları üçün standartdır. Mallar sabit qiymətə alınır.
1. Yerləşdirmə haqqı
Hər bir satıcıdan platformada reklam yerləşdirmək üçün müəyyən bir ödəniş alınır. Həmçinin, satıcı siyahıya görədə ödəniş edir, qiymətlər məhsulun kateqoriyasına görə fərqlənir (5 sentdən-30 sentə qədər). Hər kəsin ayda 50 pulsuz siyahı yerləşdirmək imkanı var.
2.Satış kommisiyası
eBay həmçinin satıcının hər satışına görə komissiya haqqı alır. Məhsul kateqoriyasından asılı olaraq, bu, 3,5% -dən 10% -ə qədər dəyişir.
3. Genişləndirilmiş siyahı tarifləriStandart listinq xidmətinə əlavə olaraq, eBay təqdimat üçün digər variantları təklif edir:fərqlənmə ,elementlərin platformada replikasiyası və s. Bu funksiyalar həm klassik, həm də hərrac ticarəti üçün əlçatandır
4. Törəmə müəssisələrindən gəlirləreBay öz törəmə müəssisələrinin fəaliyyətindən əhəmiyyətli gəlirlər əldə edir. GittiGidiyor-türk ticarət mərkəzi, Bay Enterprise- onlayn mağaza saytlarının yaradılması, inkişafı və idarə olunması sahəsində ixtisaslaşan çox millətli elektron ticarət təşkilatı, Corrigon-vizual axtarış xidməti.
Vikipediya
Vikipediyada təxminən 6 milyon məqalə, 33 milyon qeydiyyatdan keçmiş istifadəçi, 32,5 milyon aktiv redaktor iştirak edir. Eyni zamanda, ingilis dilində gündə təxminən 600 yeni material meydana gəlir.Bu, 2017-ci ildə 91 milyon dollar qazanmış çox uğurlu və sərfəli bir layihədir. Bu zaman reklamdan,filiallardan,ödənişli xidmətlərdən heç bir məbləğ əldə olunmamışdır.
Vikipediya- onu istifadə edən insanlar ilə birlikdə yazılmış bir ensiklopediyadır. Bu, əməkdaşlıq və məlumatların yaradılması üçün dünyanın müxtəlif yerlərindən olan könüllülərin etibarlı mənbələrdən istifadə edərək, məzmuna qatqı verən və düzəldən xüsusi bir onlayn platformadır.
Əsas məzmun pulsuz olaraq könüllülər tərəfindən verildiyinə görə, təşkilat yalnız saytın baxımına, serverlərə və administrasiyaya yönəlib.
Resursun sahibi Vikipediya fondudur-qeyri-kommersiya təşkilatı, yalnız Vikipediyanı deyil, həm də təhsil və bilik sahəsində digər saytları dadəstəkləyir.
Yalnız üç gəlir mənbəyi var:
- Vəsaitin böyük hissəsini şirkət milyonlarla insan tərəfindən və dünyanın müxtəlif ölkələrindən bağışlar şəklində alır;
- Kind Services-bu, təchizat, avadanlıq və xidmət şəklində təbii bağışdır;
- Təşkilat öz markası altında məhsullarını satır: T-shirt, stəkan, noutbuk və və.s.
Bütün gəlir Vikipediya və onun layihələrinin dəstəklənməsinə yönəlir
Airbnb
Airbnb-bütüb dünya üzrə yerləşdirmə, axtarış və qısamüddətli ev kirayəsi xidmətini təqdim edən online platformadır.Təsisçilər yataq və səhər yeməyi təklif edən sadə xəritəli bir vebsayt yaradıblar. Daha çox adam onu istifadə etməyə başladıqdan sonra təsisçilər platformanı inkişaf etdirməyə başladılar.
Bu gün Airbnb, 190 ölkədə, 34 min şəhərdə fəaliyyət göstərir. Təsis edildiyi gündən etibarən xidmə 35 milyon qonağa mənzil tapmaqda kömək edib. 2012-ci ildə Airbnb otaq rezervində Hilton Hotels-i geridə qoydu. 2017-ci ilin mart ayında şirkət 30 milyard dollar dəyərində qiymətləndirilən zaman onun üç təsisçisinin şəxsi sərvəti hər birində 1 milyard dollar olmaqla qiymətləndirilmişdi.
Ənənəvi otel biznesində qurğuların tikintisinə, inkişafına və saxlanılmasına milyonlarla pul sərf edilməlidir. Airbnb-in qaynağı insanlardır və buna görə də yuxarıda göstərilənlər lazım deyil.
Airbnb, səyahətçilərə ev sahibləri ilə ünsiyyət qurmağa və bahalı mehmanxanaları ziyarət etmək əvəzinə, pul qənaət etmək üçün evdə yaşamağa imkan verir. Fərdi profillər və reytinq / baxış sistemləri sahiblər və onların təklifləri barədə düzgün qərar qəbul etməyə kömək edir. Sahibkarlar, öz növbəsində, evlərini kimə icarəyə verəcəklərini seçə bilərlər.
Şirkət iki üsulla gəlir əldə edir:
- Ev sahibləri tərəfindən verilən komissiya
- Səyahətçilər / qonaqlar tərəfindən ödəniş haqqı
Həmçinin, şirkət, Airbnbmag kitabçasının satışından və müxtəlif şirkətlərin menecerlərinin işgüzar səfərlərinin təşkilindən pay qazanır.