Biznes

Impossible Foods: «15 ildən sonra hamı süni ət yeyəcək»

Impossible Foods: «15 ildən sonra hamı süni ət yeyəcək» | FED.az
14:12 27 İyun 2020

Süni ət istehsalçısı, bitki yağından məhsulların istehsalçısı üzrə ixtisaslaşmış «Impossible Foods» şirkətinin təsisçisi və sahibi Patrik Braun bildirib ki , qarşıdakı 10  ildə ənənəvi ət sənayesi bazarı tərk edəcək.

FED.az xəbər verir ki, onun sözlərinə görə, bunun səbəbi sağlam qidalara və bitki yağlarına keçən istifadəçilərin sayının artması olacaq.

«Qidalandırma xüsusiyyyətlərinə və zülalın həcminə görə, bizim məhsullar əvəz etdiyimiz heyvan mənşəli qidalara tamamilə uyğun gəlir. Mən hesab edirəm ki, qarşıdakı 15 il ərzində bitki mənşəli qidalar heyvan mənşililəri tamamilə əvəz edəcəklər. Bu dəyişiklik qaçılmazdır»-deyə Patrik Braun bildirib.

«Impossible Foods» şirkəti 2011-ci ildə Kaliforniyada keçsmiş alim-bioloq və həkim pediator Patrik Braun tərəfindən yaradılıb. Şirkət bitki məhsulları əsasında ət əvəzediciləri – süni ət istehsal edir.

Şirkətin məşhur məhsulu «Impossible Burger» adlanan süni ətdən hazırlanan burqerdir. 2016-cı ildən buraxılan burqerdən sonra 2019-cu ildə Las-Veqas-dakı elektronika sərgisində onun daha keyfiyyətli variantı  «Impossible Burger 2.0» təqdim edilib.

Bu məhsulda soya yağından hazırlanan ətdən istifadə edilib. Onu tavada qızartmaq olar və o əsl kotlet təsir bağışlayır.

Patrik Braun ət sənayesininp gələcəsi ilə bağlı bəyanatını böyük bir uğurdan sonra verib. Bir gün əvvəl «Impossible Foods» şirkəti «Starbucks» şirkəti ilə tərəfdaşlığa başlayıb. Müqaviləyə əsasən, «Starbucks»un ABŞ-dakı kafelərinin əksəriyyətində «Impossible Breakfast Sandwich» satılacaq. Bu müqavilə də, ABŞ-da istehlakçıların bitki yağına və süni ətə marağının artması nəticəsində mümkün olub.

«Impossible Foods»un süni ətdən hazırlanan məhsulları «Burger King» restoranlar şəbəkəsində də satılır. Digər tərəfdən, bu məhsulları «Kroger» supermarketlər şəbdəkəsinin 1700-dən avrtıq mağazasında da əldə etmək olar.

Digər xəbərlər

Banner