“Toluna” adlı analitik şirkət şəxsi məlumatların təhlküəsizliyi məsələsində ən etibarsız şirkətin hansı olduğunu öyrənmək üçün keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
FED.az “Technote”yə istinadən xəbər verir ki, sorğuda birinci yeri “Facebook” şirkəti tutub.
Sorğuda iştirak etmiş insanların 40%-i düşünür ki, “Facebook” məlumatların təhlükəsizliyinin təmin edilməsində lazımi potensiala sahib deyil.
Siyahıda ikinci yeri “Twitter” tutub. Sorğuda iştirak etmiş insanların yalnız 8%-i konfidensiallıq məsələsində “Twitter”də şübhəli olduqlarını bildirib.
Üçüncü yerdə isə “Amazon” şirkəti qərarlaşıb.
Tam siyahını təqdim edirik: