Prezident İlham Əliyev yanvarın 27-də dünyanın aparıcı maliyyə şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətti qəbul edib.
FED.az xəbər verir ki, Bakıda gördüyü yenilikləri qeyd edən Brüs Flətt “Brookfield Asset Management” şirkətinin Azərbaycanın Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etdiyini bildirib.
İlham Əliyev də Neft Fondunun “Brookfield Asset Management” şirkəti ilə əlaqələrini genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib.
Prezident vurğulayıb ki, Fondun aktivləri hətta ən çətin dövrlərdə, o cümlədən pandemiya, maliyyə böhranları və neftin qiymətinin düşdüyü bir zamanda da artıb.
Görüşdə, həmçinin Azərbaycanın yaşıl enerji potensialı və regionda enerji habına çevrilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, dünyanın ən böyük investisiya şirkətlərindən biri olan və əsas ofisi Kanadada yerləşən “Brookfield Asset Management” 1899-cu ildə təsis olunub və idarə etdiyi vəsaitlərin toplam dəyəri 750 milyard ABŞ dolları təşkil edir.