Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud qayda və tələblərin şərtlərinin pozulması ilə müşayiət olunan “Beer” restoranı aşkar olunub.
Eləcə də bax: Sabahdan restoranlar bu qaydalarla işləməlidir - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
FED.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi RPİ və 4-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Rəsulzadə qəsəbəsi, Davudoğlu küçəsində sahibkarlıq subyektinin sahibi, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslərlə profilaktik və izahedici söhbətlər aparılmaqla, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin sahibi 3000 manat, digərləri 200 manat cərimə olunublar.