“Azərnet” MMC təşkilati-hüquqi formasını dəyişərək “Ultel” MMC-yə qoşulması nəticəsində ləğv edilir.
FED.az xəbər verir ki, təşkilati-hüquqi formasını dəyişərək “Ultel” MMC elan edir ki, “Azərnet” MMC-nin ona qoşulması ilə yenidən təşkil edilir və adı çəkilən hüquqi şəxsin hüquqi varisidir.
Xatırladaq ki, “Ultel” MMC 13 noyabr 2001-ci il tarixində dövlət qediyyatına alınıb. Şirkət 2 035 530 USD nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi İlqar Nəhmədov Şamil oğludur.
Azərnet” MMC 12 iyul 2006-ci il tarixində dövlət qediyyatına alınıb. Şirkət 100 min USD nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Nicat İsmayılov Əfqan oğludur.