2021-ci il sentyabrın 1-nə qədər Azərbaycanda ümumilikdə 16 min 382 xarici investisiyalı şirkət yaradılıb.
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, bunlardan 10 min 982-nin fəaliyyəti aktivdir, 4525-nin fəaliyyəti dayandırılıb, 875-i isə ləğv edilib.
Avqust ayında dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 35,8 faizi Türkiyə, 11,6 faizi Gürcüstan, 10,5 faizi İran, 9,5 faizi Rusiya, 5,3 faizi Pakistan və 4,2 faizi Hindistan investisiyalı hüquqi şəxslərdir.