Dünyada hər il verilən rüşvətin həcmi təqribən 1 trilyon dollardır. FED.az xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının materiallarında qeyd edilir. Məlumata görə, hər il korrupsiya fəaliyyətlərinə görə, dünya iqtisadiyyatı aha 2,6 trilyon dollar itirir. İnkişaf Proqramı qeyd edir ki, inkişaf etməkdə olan ölkəərdə korrupsiyanın həcmi bu ölkələrə dəstək üçün ayrılan vəsaitlərin həcmini 10 dəfə üstələyir.
BMT xatırladır ki, rüşvətxorluq – istənilən cəmiyyətin sosial-iqtisadi əsaslarını sarsıdan ciddi cinayətdir. Heç bir dövlət və region korrupsiüyadan sığortalanmayıb.
«Transparency International» təşkilatının məlumatlarına görə, Rusiya, Qazaxıstan və Ukrayna korrupsya indeksinə görə, dünyada 131-ci yerdədir. Bu il BMT-nin narkotiklər və cinayətkarlıqla mübarizə idarəsi və BMT inkişaf Proqramı birgə kampaniyaya başlayıblar. Kampaniyanın məqsədi korrupsiyanın təhsil, səhiyyə, məhkəmə sistemi və demokratiyaya vurduğu zərəri araşdırmaqdır.
BMT-nin məlumatlarında deyilir ki, xüsusilə səhiyyə sahəsində korrupsiya böyük vəsaitlərin mənimsənilməsinə səbəb ola bilər. Bəzi ölkələrdə fırıldaqçılıq və mənmsəmə hər il 12-23 milyard dollarlıq vəsaitin itirilməsinə səbəb olur.
Xüsusilə əczaçılıq sektorunda hər il 50 milyard dollar xərclənir. Belə böyük məbləğlər korrupsiüa üçün böyük hədəfdir. Belə ki, Dünya Səhiyyə Təşkilatının hesablamaları göstərir ki, dünyada alınan dərmanların təqribən 25%-i korrupsiya nəticəsində itirilər və təyinatı üzrə istifadə edilmir.
Korrupsiya sahibkarlığa da ağır zərbə vurur. BMT-nin hesablamalarına görə, sahibkarlıq xərclərinin təqribən 10%-i korrupsiyaya xərclənir.
Hər il dünyada 1 trilyon dollar rüşvət verilir
19:40
11 Dek 2017