“Göygöl Şərab Zavodu” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
FED.az xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək.
Yığıncağın əsas məsələsi “Göygöl Şərab Zavodu” ASC-nin Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətinin uzadılmasıdır.
Bundan başqa, səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı digər texniki məsələlərin həlli də gündəliyə daxil edilib.
Səhmdarlar ümumi yığıncağın gündəliyinə aid materiallarla həftənin bazar ertəsi-cümə günləri saat 16:00-dan 18:00-dək “Göygöl Şərab Zavodu” ASC-nin Hüquq şöbəsində tanış ola bilərlər.
Yığıncaqda iştirak edən səhmdarlar şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etməlidirlər. Səhmdarı təmsil edən nümayəndələrin isə notarial qaydada təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə iştirakı tələb olunur.













