Bu il dekabr ayının 30-da, saat 10:00-da “European Tobacco - Baku” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az rəsmi məlumata istinadən xəbər verir ki, yığıncaq "Qafqaz" Business Center-də, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 125 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə cəmiyyətin Müşahidə Şurasının, İdarə Heyəti və Təftiş Komissiyasının yeni üzvlərinin seçilməsi məsələsi daxil edilib.
Xatırladaq ki, “European Tobacco - Baku” ASC 2002-ci ildə yaradılıb.