Ərəb Əmirliklərinin daha bir Əmirliyi - Abu-Dabi də şokolad yarışına qoşulub.
FED.az xəbər verir ki, son illər Dubay şokoladının uğurunu təkrarlamaq istəyən Abu-Dabi əmirliyi özünəməxsus “brend şokolad”ını istehsal edib.
“Abu Dhabi Chocolate” adlanan yeni məhsul ilkin dövrdə diqqəti cəlb edib. Abu-Dabi şokoladını filippinli məşhur şirniyyatçı Nuel Katisi hazırlayıb.
okoladın tərkibində ərik meyvəsi, küncüt əzməsi, zəfəran və hil qarışığı var. Məhsulun üzərinə isə yeyilə bilən qızılı qat çəkilib.
Xatırladaq ki, məşhur «Dubay şokoladı» 2024-cü ildə dünyada əsl sensasiya olmuşdu. Təkcə bu ilin ilk yarısında Dubaydakı “Duty Free” mağazalarında həmin şokoladın 2,5 milyon ədəd satıldığı və satış dəyərinin 45 milyon dollara çatdığı bildirilir.















