“Brand Finance” konsaltinq şirkətinin məlumatına görə, 2024-cü ildə dünyanın 100 ən dəyərli brendin ümumi dəyəri təxminən 5.2 trilyon dollar təşkil edib.
«Nvidia»nın bazar dəyəri artıq İtaliyanın ÜDM-ni üstələyib - «APPLE»I DA KEÇƏCƏK - YENİ QİYMƏT
FED.az xəbər verir ki, brendlər səhm dəyərini artırmaqda mühüm rol oynayır və “Brand Finance” onların dəyərini hesablayıb.
Brend dəyəri dedikdə, bazar kapitallaşması nəzərdə tutulmur. Məsələn, dünyanın ən qiymətli brendi “Apple”dir. Şirkətin brend dəyəri 516.6 milyard dollar, kapitallaşması isə 3 trilyon dollardır.
Brend dəyəri bu düsturdan istifadə etməklə hesablanır: brend dəyəri = brend gücü x brend royalti dərəcəsi X brend gəliri.
Dünyanın ən dəyərli brendləri arasında ümumi dəyəri 3.2 trilyon dollar olan 100 şirkətdən 51-i ABŞ-ın payına düşür. Sonrakı yerdə ümumi dəyəri 829.9 milyard dollar olan 19 brendlə Çin gəlir. Öz növbəsində Almaniyanın payına 8 brend (347.1 milyard dollar), Yaponiyanın – 6 (200.2 milyard dollar), Cənubi Koreyanın isə 4 brend (182.4 milyard dollar) düşür.
Beləliklə, dünyanın ən bahalı brendləri:
- Apple – 516.6 milyard dollar
- Microsoft – 340.4 milyard dollar
- Google – 333.4 milyard dollar
- Amazon – 308.9 milyard dollar
- Samsung – 99.4 milyard dollar
- Walmart – 96.8 milyard dollar
- TikTok – 84.2 milyard dollar
- Facebook – 75.7 milyard dollar
- Deutsche Telekom – 73.3 milyard dollar
- ICBC – 71.8 milyard dollar
Qeyd edək ki, Çinin ən bahalı brendi “TikTok”dur. Instagram sosial şəbəkəsi 13-cü, “Starbucks” 15-ci, “Mercedes” 17-ci, “Tesla” isə 18-ci yerdə dayanır. (Banker.az)