Süni intellekt və digər qabaqcıl texnologiyalar üçün çip istehsalında ixtisaslaşan ABŞ-ın «Nvidia» şirkətinin bazar dəyəri İtaliyanın Ümum Daxili Məhsulunu üstələyib və tezliklə «Nvidia» bazar dəyərinə görə məşhur «Apple» şirkətini də keçə bilər.
«Nvidia»nın səhmlərii rekord vurdu - BAZAR DƏYƏRİ 2 TRİLYON! – SƏHMİN YENİ QİYMƏTİ - QRAFİK
FED.az xəbər verir ki, «Nvidia»nın bazar dəyəri artıq Rusiya və Kanadanın ÜDM-dən də artıqdır.
Martın 7-də «Nvidia» şirkətinin səhmləri daha 4,47% dəyər qazanaraq 926,69 dollara çatıb və nəticədə şirkətin bazar kapitallaşması 2,32 trilyon dollara yüksəlib.
Forbes-in bu ilin 27 fevral tarixinə tərtib etdiyi qrafikdən görünür ki, «Nvidia»nın o zaman kapitallaşması 1,97 trilyon dollar idi və Rusiyanın ÜDM-ni üstələyirdi. İndi Nvidia eyni reytinqdə səkkizinci yerə yüksəldi - şirkətin bazar dəyəri İtaliyanın ÜDM-indən çoxdur.
Yaşıl səhmlərin artımı eyni sürətlə davam edərsə, onda təxminən 10 gün ərzində Nvidia bazar dəyərinə görə Apple-ı (hazırda 2,61 trilyon dollar) ödə biləcək və növbəti hədəflər Microsoft (3,04 trilyon dollar) və Fransa olacaq. Xatırladaq ki, Fransanın ÜDM-i 3,18 trilyon dollardır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm (o cümlədən "Nvidia"nın səhmlərini) və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.