Azərbaycan Dövlət Reklam Agentliyinin “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin kreditorlarına müraciət edib.
FED.az xəbər verir ki, müraciətdə deyilir:
Azərbaycan Dövlət Reklam Agentliyinin “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin (VÖEN: 1702337231) kreditorlarının nəzərinə!
Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin 15 yanvar 2021-ci il tarixli 01-İHQ/21 nömrəli qərarı ilə Agentliyin “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC, “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir.
Bu səbəbdən, yenidən təşkil ilə əlaqədar “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin fəaliyyətinə xitam verilərək, onun hüquq və öhdəlikləri “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə keçmişdir.
Odur ki, “ARTREKLAM” Reklamçılıq və Aydınlatma Şirkəti” MMC-nin kreditorları öz tələblərini 2 (iki) ay müddətində “İNNOVA” İnnovativ Reklamçılıq Şirkəti” MMC-yə qarşı irəli sürə bilər.
Ünvan: AZ 1000, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24. Dalğa Plaza (9-cu mərtəbə).
Əlaqə telefonu: +99412 505 44 00