“Diqlas”da yanmayan hissədən malların çıxarılmasına qərar verilib.
FED.az xəbər verir ki, yanğın baş verən “Diqlas” ticarət mərkəzinin rəhbərliyi Z-1 və Z-2 mərtəbələrində ( zirzəmi) yanmayan hissələrdən malların çıxarılmasına qərar verib. Belə ki, ticarət mərkəzində işləyən sahibkarlar aprelin 3-dən etibarən hissə-hissə malların çıxarılmasına başlayacaqlar. Zirzəminin birinci və ikinci mərtəbələrində dəmir məmulatları, istilik sistemləri, naqil tipli məhsulların satıldığı deyilir.
Qeyd edək ki, martın 26-da Bakı şəhəri Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzi yanıb. Yanğın bütün binanı əhatə etdiyindən alovun söndürülməsinə 10 saatdan çox vaxt sərf edilib. Hadisə zamanı ölən olmasa da, xəsarət alanlar olub. Yanğın zamanı zərərçəkmiş sahibkarlara Prezident İlham Əliyev tərəfindən maddi dəstək göstərilməsi ilə bağlı sərəncam imzalanıb.
Eləcə də bax: "Diqlas"ın sahibkarlarına daha bir obyekt təklif olunur - TAM SİYAHI