Azərbaycanda 2023-cü ildən fəaliyyətə başlayan “Private Facility Management” (PFM) MMC keytrinq, təmizlik, bina idarə etməsi ilə məşğul olan aparıcı şirkətlərdən biridir. 140 nəfərlik peşəkar komanda tərəfindən idarə olunan şirkət keyfiyyət standartlarına və müasir texnologiyaların tətbiqinə önəm verir. Hazırda şirkətin xidmət portfoliosuna (yemək və təmizlik xidməti) Azərbaycan Dəmir Yollarının (ADY), Sumqayıt Texnologiyalar Parkında (STP) fəaliyyət göstərən rezidentlərin, həmçinin “Baykar Technologies”, “Azercell”, “Aztelekom”, “Baku Bus” və “Caspel” kimi şirkətlər daxildir. PFM Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK), ATİB və “Caspian Energy Club” kimi ictimai təşkilatların aktiv üzvlərindəndir. Bununla yanaşı, PFM öz sosial məsuliyyət layihələri ilə də tanınır. Belə ki, ölkədə iaşə sektorunun inkişaf etdirilməsi və bu sahədə gənc peşəkar kadrların yetişdirilməsi istiqamətində PFM-in “Turan Akademiyası”da fəaliyyət göstərir.
FED.AZ şirkətdəki yeniliklər, o cümlədən strateji yanaşmalar, texnologiyaya investisiya siyasəti və gələcək planlarla bağlı Private Facility Management (PFM) şirkətinin İcraçı direktoru Cavid İsgəndərovla olan müsahibəni təqdim edir.
Cavid müəllim, şirkətinizdə biznes proseslərinin avtomatlaşdırılması istiqamətində hansı işlər aparılır?
Artıq elə bir dövrdə yaşayırıq ki, bütün biznes sahələri həm müştərilərin həm şirkətin iş proseslərini asanlaşdırması üçün öz xidmətlərini rəqəmsallaşdırır: "Düşünürəm ki, biz də bu istiqamətdə uğurlu addımlarımızı atırırıq. Rəqəmsal transformasiyanı şirkətin gələcəyini quran təməl prinsip kimi dəyərləndirirəm. “Microsoft”un missiyasına dərindən inanırıq. Empower every person and every organization on the planet to achieve more. Biz PFM olaraq bu dəyərlə uzlaşan bir yanaşma sərgiləyirik. Biznes proseslərimizin tam avtomatlaşdırılması və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi bizim səmərəliliyi artırmaq və müştərilərimizə daha keyfiyyətli xidmət göstərmək hədəfimizə bir addım daha yaxınlaşmağımıza imkan yaradır".
Xidmətinizdə məhsuldarlığın daha da artırılması istiqamətində hansı addımlar atmaq niyyətindəsiniz? Süni intellektin imkanlarından istifadə nəzərdə tutulurmu?
PFM şirkətinin “PFM Catering”, “PFM Maintenance” və “PFM Trading” brendləri altında müştərilərinə fasiləsiz xidmətlər göstəriririk: “Bu rəqəmsal transformasiyanı da şirkətin gələcəyini quran təməl prinsipi kimi dəyərləndirirəm: Biz, təkcə bu günün deyil, sabahın şirkətini qururuq. Bunu da texnologiya və sistem yanaşmaları ilə həll edirik. Qeyd edim ki, “Microsoft Azure” bulud həlləri və Dynamics 365 ERP sistemlərinin iş proseslərinə inteqrasiyası məhsuldarlığı artırmaqla yanaşı, qərarvermə sürətini və dəqiqliyini də yüksəldir. Bizim gələcək vizyonumuz süni intellektin imkanlarından tam istifadə etməklə şirkətin idarəetmə sistemlərini daha da mükəmməlləşdirməkdir”.
Cavid müəllim, rəqəmsal texnologiyalara yatırdığınız investisiyalar sizə nələri qazandıracaq?
Ümumiyyətlə, mövcud vəziyyət göstərir ki, xidmət sahəsində rəqəmsallaşmaya və bu sahəyə yatırılan investisiyaların ROE-si, yəni geri qayıdışı (ROE-return of investment) uzun müddətli olmur. Yatırılan investisiyalar tez bir zamanda öz bəhrəsini verir: “Rəqəmsal texnologiyalara ayırdığımız sərmayələr təkcə daxili proseslərin effektivliyini artırmaqla kifayətlənməyib, eyni zamanda müştəri məmnunluğunu da üst səviyyəyə çıxarıb. Rəqəmsal transformasiya bizim dəyərlərimizə, xidmət keyfiyyəti prinsiplərimizə tam uyğun gəlir. Bu yolla biz, biznes partnyorlarımıza və fəaliyyət göstərdiyimiz müəssisələrə daha çox dəyər qatırıq”.
Rəqəmsallaşma prosesinin sürətləndirilməsi üçün hansı beynəlxalq qurumlarla əməkdaşlıq edirsiniz?
Son illərdə Azərbaycanda rəqəmsal transformasiya sahəsinə artan diqqət və qayğı fonunda, PFM şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə bu sahədə danışıqlar apararaq rəqəmsallaşma prosesini daha da sürətləndirərək irəli aparmağa çalışır. Həmçinin, şirkət Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin keçirdiyi rəqəmsal transformasiya məsələlərinə dair müzakirələrə qoşulmaqla bu istiqamətdə liderliyini daha da gücləndirir: "Strateji yanaşmamızda rəqəmsallaşmağı əsas tutaraq, PFM-ı təkcə Azərbaycan bazarında deyil, regionda və beynəlxalq miqyasda aparıcı oyunçulardan birinə çevirmək niyyətindəyik. Bizim məqsədimiz liderlikdir və bu liderliyə gedən yol da texnologiya və insan resurslarının bərabər ahəngindən keçir.”