FED.az xəbər verir ki, “Büllur” ASC (cəmiyyət) öz səhmdarlarını 10 sentyabr 2018-ci il saat 11.00-da Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti (keçmiş Telnov küçəsi) 29 nömrəli ünvanda (poliklinikanın arxasındakı 1 mərtəbəli binada) keçiriləcək növbədənkənar ümumi yığıncağa dəvət edir.
Ümumi yığıncağa gələn hər bir səhmdar özünün şəxsiyyət vəsiqəsini, şəxsiyyətini təsdiq edən digər sənədi və cəmiyyətin səhmlərinə sahib olmasını təsdiqləyən sənədi, səhmdarların nümayəndələri isə, həmçinin notarial qaydada təsdiq olunmuş müvafiq etibarnaməni ümumi yığıncağın başlanmasından 1 saat əvvəl cəmiyyətin müdriyyətinə təqdim etməli və qeydiyyatdan keçməlidir.
İclasa gələn səhmdarların qeydiyyatı saat 10.00-dan başlanacaqdır.
Ümumi yığıncağın gündəliyi:
1. Cəmiyyətin idarə heyəti üzvlərinin seçilməsi.
2. Cəmiyyətin müşahidə şurası üzvlərinin seçilməsi.
Ümumi yığıncaqda səhmdarların iştirakı vacibdir. Ümumi yığıncaqda iştirak etmək iqtidarında olmayan səhmdarlar ümumi yığıncağa çıxarılmış məsələlərlə əlaqədar öz təklif və münasibətlərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsinin və cəmiyyətin nizamnaməsinin 16.4-cü bəndinin müddəalarına uyğun qiyabi səs vermək, öz təklif və münasibətini yazılı şəkildə bildirmək səlahiyyətindədirlər.
Səhmdarlar ümumi yığıncağın keçirilməsi və gündəliyi ilə bağlı əlavə məlumatları aşağıdakı ünvanda cəmiyyətin idarə heyətindən ala bilərlər.
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti (keçmiş Telnov küçəsi) 29,
telefon: (055)-386-10-73.
“Büllur” ASC rəhbərliyi dəyişir - İCLAS
13:24
26 İyul 2018