"Xaçmaz Eksperimental Konserv" MMC-nin (VÖEN: 7700082711) külli miqarda vergi borcu var.
FED.az xəbər verir ki, şirkətin ödənilməmiş borcu hazırda 39 min 596,39 manat təşkil edir.
Bildirək ki, "Xaçmaz Eksperimental Konserv" MMC 28 noyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 586 min 42 manatdır. MMC-nin qanuni təmsilçisi Tərlan Ələsgərov Baxış oğludur. Hüquqi ünvanı AZ2702, XAÇMAZ RAYONU, QARAQURTLU-dur.