“AECOM Infrastructure and Environment UK Limited” şirkətinin Azərbaycandakı filialı (VÖEN: 1302615921) ləğv edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin ləğv olunması ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 44, ev 44, Korpus 1 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, şirkət 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Andrew Richard Barkerdir.
Məlumat üçün bildirək ki, “AECOM Infrastructure and Environment UK Limited” şirkəti Böyük Britaniyaya məxsusdur. Şirkət 1966-cı ildə İngiltərədə qeydiyyatdan keçib və baş ofisi London şəhərində yerləşir. Bununla belə, bu şirkət qlobal səviyyədə fəaliyyət göstərən və əsas baş qərargahı ABŞ-ın Texas ştatında yerləşən məşhur çoxmilli AECOM korporasiyasının tərkibinə daxildir.













